Poni

Sağlam sümüklü, qalın yal və quyruqlu, kiçik başlı və ümumi balaca ölçülü poni xüsusiyyətlərini daşıyan dağ ponisi.

Poni (ing. Pony) — xırda atlar. Boyu adətən 80–140 sm olur. Britaniya, İslandiya, Korsika, Siciliya, Qotland, Hokkaydo adalarında yetişdirilmişdir. Bir çox cinsi və tipi məlumdur. Kiçik kəndli təsərrüfatında, şaxtalarda, dağ yollarında, şəhərlər arasında yük daşımaqda istifadə edilir. Parklarda və bağlarda əyləncəli gəzinti məqsədilə uşaq arabalarına qoşulur. Geniş yayılmışdır.[1]

  1. Пони // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 598.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search